"Qarabağ"ın 5 futbolçusu ən yaxşılar arasında - FOTO

29 Noyabr 2019 12:25 Avropa Liqası 2 326
"Qarabağ"ın 5 futbolçusu ən yaxşılar arasında - FOTO

Avropaliqada qrup mərhələsinin 5-ci turunun görüşlərindən sonra UEFA futbolçuların reytinq siyahısını tərtib edib.

Sportinfo.az xəbər verir ki, siyahıda ilk yeri "Sportinq"in yarımmüdafiəçisi, 7843 xalla Bruno Fernandeş tutur. Portuqaliyalı "Sevilya"nın hücumçusu Munir Əl-Həddadi (7337) və "Reyncers"in forvardı Alfredo Morelosu (7246) qabaqlayır.

Turnirdə yeganə təmsilçimiz "Qarabağ"ın ən yaxşı 3 futbolçusu - Dani Kintana (4323 xal - 40-cı yer), Ailton Silva (2830 - 153) və Miçeldir (2352 - 234).

Millimizin formasını geyinənlərə gəlincə, ən yaxşı göstərici Riçard Almeydaya məxsusdur. Millimizin braziliyalısınin hesabında 2070 xal var və 293-cü pillədə qərarlaşıb. "Aleksandriya"da çıxış edən müdafiəçimiz Pavel Paşayev 1301 xalla 501-cidir. 1075 xala malik "Qarabağ"ın digər yarımmüdafiəçisi Qara Qarayev 568-ci olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA