Sabiq "Qəbələ"li Ukrayna futbolunun tarixinə düşdü

29 Noyabr 2019 12:11 Avropa Liqası 1 070
Sabiq "Qəbələ"li Ukrayna futbolunun tarixinə düşdü

2014/2018-ci illərdə "Qəbələ"nin baş məşqçisi olmuş Roman Qriqorçuk Ukrayna futbolunun tarixinə düşüb.

Sportinfo.az xəbər verir ki, 55 yaşlı mütəxəssis buna "Astana"da nail olub.

Avroliqanın qrup mərhələsinin 5-ci turunda “Mançester Yunayted”ə qalib gələn (2:1) Qazaxıstan klubunun baş məşqçisi İngiltərə nəhəngini məğlub edən ilk ukraynalı məşqçi adını qazanıb.

Qriqorçuka qədər “qırmızı şeytanlar”la qarşılaşan Valeri Lobanovski (“Dinamo” Kiyev, 0:0, 0:1) Oleq Lujnıy (“Dinamo” Kiyev, 0:4), Yojef Sabo (“Dinamo Kiyev, 2:4) və Yuriy Vernidub (“Zarya”, 0:2, 01) qələbə sevinci yaşa bilməmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA