"Qarabağ" yerində saydı

29 Noyabr 2019 11:57 Avropa Liqası 778
"Qarabağ" yerində saydı

UEFA Avroliqa və Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra klubların ölkələr üzrə reytinqini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, səfərdə "Sevilya"ya 0:2 hesabı ilə məğlub olan "Qarabağ"ın reytinqində dəyişiklik olmayıb. Azərbaycanın bu mövsümdəki əmsalı 3,125-də qalıb.

Aktivindəki xalla (18,500) 26-cı olan Azərbaycan mövqeyini qoruyub. 25-ci pillədə qərarlaşan Belarusun 18,875 xalı var. Belarusun avrokuboklarda təmsilçisi qalmadığından, "Qarabağ"ın qrup mərhələsinin son turunda "Düdelanj"a qalib gəlməsi ölkəmizin 25-ci sıraya yüksəlməsinə səbəb ola bilər.

Digər Xəbərlər
Xəbər Lenti