Möcüzə etmək "Qarabağ"ın alnına yazılmayıb - FOTOREPORTAJ

29 Noyabr 2019 09:28 Avropa Liqası 768
Möcüzə etmək "Qarabağ"ın alnına yazılmayıb - FOTOREPORTAJ

“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb. Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu V tur çərçivəsində “Sevilya”nın qonağı olub.

A qrupunda 1-ci yeri təmin edən İspaniya təmsilçisi üçün qarşılaşma formal xarakter daşıyırdı. Ancaq "Qarabağ"ın taleyi məhz bu matçdan asılı ola bilərdi.

Çünki qrupun digər görüşündə APOEL "Düdelanj"ə məğlub edərsə, ağdamlıların İspaniyadan ən azı 1 xalla qayıtmaqdan başqa çarəsi qalmayacaqdı. Təəssüf ki, Kipr klubu Lüksemburq səfərindən qalib dönüb - 2:0. "Qarabağ" isə "Sevilya"ya uduzmaqla böyük fürsəti əldən verib.

“Sevilya” (İspaniya) – “Qarabağ” (Azərbaycan) 2:0

Qollar: Brayan Qil, 61, Munes Dabbur, 90+2

Digər Xəbərlər
Xəbər Lenti