Ailəsi və iki dostu üçün "Qarabağ"a qol vurub

29 Noyabr 2019 09:14 Avropa Liqası 960
Ailəsi və iki dostu üçün  "Qarabağ"a qol vurub

“Qarabağ”a vurduğum top xüsusi qoldur. Mən buna görə komanda yoldaşlarıma və etimad göstərən baş məşqçiyə borcluyam. Hər dəqiqə şansdan yararlanmağa çalışdım”.

Bunu “Sevilya”nın futbolçusu Brayan Xil deyib. Avropa Liqasının V turunun “Qarabağ”la görüşündə (2:0) hesabı açan 18 yaşlı futbolçu tarixə düşüb. O, XXI əsrdə anadan olub avrokubokda qol sevinci yaşayan ilk ispaniyalıdır.

Brayan Xil qol epizodunda topun Munas Dabburdan qapıya getdiyini etiraf edib: “Həqiqətən də qol epizodunda zərbəmdən sonra top Dabbura dəydi. Amma ümid edirəm ki, qolu mənim hesabımdan silməyəcəklər. Mən həmişə məşqçinin istədiyini eləməyə çalışıram. Fasilədən sonra iki qol vurduq ki, bu da bütün komandanın əməyidir”.

Gənc futbolçu “Qarabağ” haqda fikirlərini də açıqlayıb: “Oyunumuzda biz az tələskənlik var idi. Ona görə qol vurmaqda çətinlik çəkirdik. “Qarabağ” beşli müdafiədə yaxşı oynayırdı. Onlar hücumdakı futbolçularımıza rahat hərəkət etməyə imkan vermirdilər.

Ona görə də boşluqlar tapmağa vaxtımız getdi. Bu oyunu özüm üçün imtahan kimi deyil, meydanda zövq almaq kimi qəbul edirəm. Vurduğum qolu ailəmə və stadionda olan iki dostuma həsr edirəm”.

Digər Xəbərlər
Xəbər Lenti