Əvvəlcə klub üzvləri və abunəçilər bu imkandan yararlanacaq

27 Fevral 07:40 Avropa Liqası 1 069
Əvvəlcə klub üzvləri və abunəçilər bu imkandan yararlanacaq

Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”lə “Qarabağ” arasında keçiriləcək cavab oyununun biletləri sabahdan satışa çıxarılacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Almaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, sabah yerli vaxtla saat 12:00-da onlayn qaydada və “Bay Arena”dakı fan-şopda biletlər satışa çıxarılacaq.

Əvvəlcə klub üzvləri və abunəçilər bu imkandan yararlanacaqlar. Biletlərin qiyməti 8-50 avro arasında olacaq.

Cavab matçı martın 14-də baş tutacaq. İlk görüş isə ayın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti