"Qanımızı geri almaq istəyirik"

9 Noyabr 2019 09:00 Avropa Liqası 956
"Qanımızı geri almaq istəyirik"

"Bu nəticədən sonra Lüksemburqa qələbə üçün getməliyik. Özümüzə inanırıq". Sportinfo.az xəbər verir ki, bunu APOEL-in vingeri George Efrem deyib.

Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"ı öz meydanında 2:1 hesabı ilə məğlub edən Kipr təmsilçisi qrupda 2-ci pilləyə yüksəlib. Qələbə qolunun müəllifi olan 30 yaşlı oyunçu növbəti hədəfin "Düdelanj"la qarşılaşmada da eyni nəticəni göstərmək olduğunu söyləyib:

"Ümid edirəm ki, "Qarabağ" üzərində qələbənin bizə böyük xeyri dəyəcək. Hamımız bir hədəf uğrunda mübarizə apardıq və bu, bizdə alındı. İndi bu qələbəni qeyd etmək olar. Lüksemburqa da 3 xal dalınca yollanacağıq. Qanımızı geri almaq istəyirik".

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var