"Bayer" hazırda Avropanın ən güclü komandasıdır" - Azərbaycanlı vitse-prezident

2 Mart 08:50 Avropa Liqası 1 338
"Bayer" hazırda Avropanın ən güclü komandasıdır" - Azərbaycanlı vitse-prezident

"Bayer 04" tək Almaniyanın yox, hazırda Avropanın ən güclü komandasıdır".

Sportinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə "Qarabağ"ın Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi barədə danışarkən deyib.

O, Azərbaycan çempionunu çətin qarşılaşma gözlədiyini söyləyib:

"Məncə, "Qarabağ" yaxşı mübarizə aparacaq. Xüsusilə qeyd etməliyəm ki, komandamız artıq qələbəsini qazanıb, öz işini görüb. Onlara uğurlar arzulayıram".

“Qarabağ”la “Bayer 04” arasında ilk oyun martın 7-də Bakıda, cavab görüşü isə 14-də Leverkuzendə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti