Üç “Qarabağ”lı “pley-off“un rəmzi komandasında - Avroliqada

16 Fevral 2024 13:40 Avropa Liqası 3 003
Üç “Qarabağ”lı “pley-off“un rəmzi komandasında - Avroliqada

“Qarabağ”ın 3 futbolçusu Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarının rəmzi komandasına düşüb.

Sportinfo.az xəbər verir ki, qapıçı Andrey Lunyov, yarımmüdafiəçilər Marko Yankoviç və Abdullah Zubir “SofaScore” nəşrinin versiyasına əsasən “11-liy”ə daxil ediliblər.

Portuqaliyanın “Braqa” klubuna qarşı səfərdə keçirilən oyuna əsasən Lunyov 7,9, Yankoviç 8,0, Zubir isə 9,0 xalla qiymətləndirilib.

Rəmzi komandaya düşən oyunçulardan yalnız Portuqaliya “Benfika”sının üzvü Anxel Di Mariya (9,5) fransalıdan çox xal toplayıb.

“Qarabağ”ın 4:2 hesabı ilə qalib gəldiyi matçda Abdullah Zubir 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, həm də həftənin futbolçusu adına namizəddir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var