“Partizan” yenidən Azərbaycan klubuna mümkün rəqib olacaq

24 May 22:40 Avropa Liqası 226
“Partizan” yenidən Azərbaycan klubuna mümkün rəqib olacaq

Azərbaycanın bir klubla təmsil olunacağı Avropa Liqasında I təsnifat mərhələsinin daha üç iştirakçısı dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, “Partizan”, “Levski” və “Priştina” qitənin ikinci dərəcəli turnirində mübarizə aparacaq.

Serbiya təmsilçisi püşkatmada səpələnmişlər sırasında yer alacaq. Digər iki komanda isə səpələnməyəcək.

Bu isə o deməkdir ki, “Partizan” yenidən Azərbaycan klubuna mümkün rəqib olacaq. Bu turnirdə ölkəmizi ya “Zirə”, ya da “Sabah” təmsil edəcək.

I təsnifat mərhələsinin püşkatması iyunun 17-də olacaq.

I təsnifat mərhələsi
Səpələnmişlər

“Şaxtyor” (Ukrayna)
“Legiya” (Polşa)
“Partizan” (Serbiya)
“Şerif” (Moldova)
ÇFR (Rumıniya)
“Selye” (Sloveniya)

Səpələnməmişlər
“Paksi” (Macarıstan)
“Levski” (Bolqarıstan)
“Aktobe” (Qazaxıstan)

Azərbaycan klubu
“Priştina” (Kosovo)

Qeyri-müəyyənlər
“Spartak” (Slovakiya)
İsrail klubu
Kipr klubu
İsveç klubu
Xorvatiya klubu

Digər Xəbərlər
Xəbər Lenti