UEFA finaldakı medal qalmaqalına görə üzr istədi - VİDEO

24 May 00:10 Avropa Liqası 716
UEFA finaldakı medal qalmaqalına görə üzr istədi - VİDEO

UEFA Avropa Liqasının finalından sonra mükafatlandırma mərasimində qalib olan “Tottenhem”in 3 futbolçusuna medal çatmadığına görə üzr istəyib.

Sportinfo.az xəbər verir ki, qurumdan “Reuters”ə verilən açıqlamada həmin oyunçulara paltardəyişmə otağında medalların təqdim edildiyi bildirilib:

“Avroliqa finalında gözlənilməz şəkildə bəzi oyunçulara medal çatmadı. Çünki mərasimə gözlənildiyindən daha çox komanda üzvü, o cümlədən, zədəli oyunçular qatıldı.

Bu səbəbdən medal çatmadı. Daha sonra paltardəyişmə otağında həmin oyunçulara medal təqdim edildi”.

Final görüşündə “Tottenhem” və “Mançester Yunayted” üz-üzə gəlib. Londonlular bu görüşdə 1:0 hesablı qələbə qazanaraq kuboka sahib çıxıblar.

Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 18:10 Çək və bizə göndər!