“Lion”un futbolçusu Vilfrid Zaha Avropa Liqasının əsas mərhələsində “Qarabağ”a qarşı keçiriləcək oyunu buraxa bilər.
Sportinfo.az xarici mətbuata istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi Kot-d'İvuardan olan hücuma meyilli yarımmüdafiəçinin performansından narazıdır.
Bu səbəbdən 32 yaşlı forvardın heyətdən uzaqlaşdırılacağı gözlənilir.
V.Zaha Fransa klubuna ötən ay Türkiyənin “Qalatasaray” komandasından icarə əsasında keçib
“Qarabağ” – “Lion” matçı noyabrın 28-də Bakıda keçiriləcək. Qarşılaşma saat 21:45-də start götürəcək.