Bu gün Avropa Liqasında finalçılar müəyyənləşəcək.
Sportinfo.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab görüşündə "Atalanta" İtaliyada Fransanın "Marsel" kollektivini qəbul edəcək.
Komandalar arasındakı ilk matçda heç-heçə qeydə alınıb - 1:1.
İtaliyanın digər təmsilçisi "Roma" Almaniyada "Bayer 04"ün qonağı olacaq. Leverkuzen təmsilçisi birinci görüşdə rəqibini iki cavabsız qolla üstələyib.
UEFA Konfrans Liqasında isə ikinci finalçının adına aydınlıq gələcək.
İngiltərədə "Aston Villa"nı 4:2 hesabı ilə məğlub edən "Olimpiakos" Yunanıstan da uğurlu çıxış etməyə çalışacaq. Cütün qalibi finalda "Fiorentina" (İtaliya) ilə üz-üzə gələcək.
Hər üç qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
23:00 Atalanta (İtaliya) – Marsel ( Fransa)
İlk oyun – 1:1
23:00 Bayer (Almaniya) – Roma (İtaliya)
İlk oyun – 2:0