"Bayer"in vitse-kapitanı "Qarabağ"dan söz açdı: "Bakıya səfər yorucu olacaq"

5 Mart 08:50 Avropa Liqası 750
"Bayer"in vitse-kapitanı "Qarabağ"dan söz açdı: "Bakıya səfər yorucu olacaq"

“Bayer”in müdafiəçisi Conatan Ta Bundesliqanın 24-cü turunda “Köln” üzərində qazandıqları qələbəni (2:0) şərh edərkən 1/8 finaldakı “Qarabağ”la ilk oyuna da toxunub.

Sportinfo.az xəbər verir ki, klubun rəsmi saytına danışan Leverkuzen klubununu vitse-kapitanı onları Azərbaycana çətin səfər gözlədiyini söyləyib:

"Biz bütün diqqətimizi yorucu olacağını vəd edən Bakıya çətin səfərə yönəltməliyik. “Qarabağ”la görüşdən sonra isə “Volfsburq”la ev oyununa hazırlaşmalıyıq".

Tofiq Bəhramov stadionunda keçiriləcək "Qarabağ" - "Bayer" matçına 21:45-də start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti