Qvardiola proqnoz verdi, “Qarabağ“a şans tanımadı

28 Fevral 01:00 Avropa Liqası 15 258
Qvardiola proqnoz verdi, “Qarabağ“a şans tanımadı

“Bayer 04” Avropa Liqasını qazana bilər".

Sportinfo.az xəbər verir ki, bunu “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Almaniya təmsilçisi “Bayer 04”ün cari mövsümdəki çıxışını dəyərləndirərkən deyib.

İspaniyalı mütəxəssisin fikrincə, leverkuzenlilər Almaniya Bundesliqasının da əsas favoritidir:

“Xabi Alonso fantastik iş görür. “Bayer 04” mövsümün məğlubiyyətsiz yeganə komandasıdır.

Hazırda mövsümün ən vacib hissəsidir. İndidən çempion olacaqlarını düşünsələr, hər şeyi itirə bilərlər”.

“Bayer 04” 2023/2024 mövsümündə məğlub olmayıb. Almaniya təmsilçisi UEFA Avropa Liqasının 1/8 finalında “Qarabağ”la qarşılaşacaq.

Komandalar arasında ilk oyun martın 7-də Bakıda, cavab görüşü bir həftə sonra Leverkuzendə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti