“Qarabağ” ilk oyununu evdə keçirəcək - 1/8 final mərhələsində

23 Fevral 09:20 Avropa Liqası 994
“Qarabağ” ilk oyununu evdə keçirəcək - 1/8 final mərhələsində

“Qarabağ”ın Avropa Liqasının 1/8 final mərhələsində potensial rəqibləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu fevralın 23-də keçiriləcək püşkatma mərasimində səpələnməmişlər səbətində yer alacaq.

Qurban Qurbanovun başçılıq etdiyi kolletiv qrup birincilərindən biri ilə qarşılaşacaq.

Mümkün rəqiblər “Vest Hem”, “Brayton”, “Liverpul” (hamısı İngiltərə), “Reyncers” (Şotlandiya), “Atalanta” (İtaliya), “Vilyarreal” (İspaniya), “Slaviya” (Çexiya) və “Bayer 04”dür (Almaniya).

Rəqibin kimliyindən asılı olmayaraq, “Qarabağ” ilk oyununu evdə keçirəcək.1/8 final mərhələsinin matçları martın 7-də və 14-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti