Məşhur futbolçu "Qarabağ"dan danışdı: “Heç-heçəyə də layiq deyildik"

18 Fevral 00:50 Avropa Liqası 1 313
Məşhur futbolçu "Qarabağ"dan danışdı: “Heç-heçəyə də layiq deyildik"

“Biz fərqli oyun göstərmək istəyirdik.

Yaxşı nəticə əldə etməli idik, amma alınmadı”.

Sportinfo.az xəbər verir ki, bu sözləri "Braqa"nın məşhur futbolçusu Joao Moutinyo Avropa Liqasının pley-off mərhələsində öz meydanlarında "Qarabağ"a uduzduqları oyunu (2:4) haqda Portuqaliya mətbuatına açıqlamasında deyib.

Portuqaliya millisinin sabiq üzvü bildirib ki, 2:4 hesablı məğlubiyyət işlərini çox çətinləşdirib:

"Biz nə qələbəyə, nə də heç-heçəyə layiq deyildik. Cavab matçında gücümüzü 100 faiz ortaya qoymalıyıq.

Bu, təkcə keyfiyyətlə bağlı deyil, həm də iradə və ruhla bağlıdır. 2:4 hesablı məğlubiyyət vəziyyəti çox çətinləşdirəcək.

Amma məqsəd varsa, ümid də var. Bunun öhdəsindən gəlmək üçün mən də daxil olmaqla cavab matçına fərqli münasibət göstərməliyik”.

Komandalar arasında cavab matçı fevralın 22-də Bakıda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti