Abdullah Zubir ulduzları kölgədə qoydu, Avroliqada həftənin oyunçusu seçildi

16 Fevral 19:20 Avropa Liqası 755
Abdullah Zubir ulduzları kölgədə qoydu, Avroliqada həftənin oyunçusu seçildi

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.

Sportinfo.az xəbər verir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan sorğu nəticələrinə əsasən, bu ada “Qarabağ”ın fransalı futbolçusu Abdullah Zubir layiq görülüb.

Yarımmüdafiəçi səsvermədə “Qalatasaray”dan Mauro İkardini, İtaliya “Milan”ından Ruben Loftus-Çiki və Portuqaliya “Benfika”sından Anxel Di Mariyanı qabaqlayıb.

Abdullah Zubir “Qarabağ”ın Portuqaliyada “Braqa”nı 4:2 hesabı ilə məğlub etdiyi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti