"Qalatasaray" və "Milan" qazandı, Roma isə… Avroliqadan NƏTİCƏLƏR

16 Fevral 02:20 Avropa Liqası 517
"Qalatasaray" və "Milan" qazandı, Roma isə… Avroliqadan NƏTİCƏLƏR

Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, "Qalatasaray" “Sparta”nı (Praqa) qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 3:2. İstanbul təmsilçisinin heyətində 19-cu dəqiqədə Kerem Demirbay fərqlənib, 61-ci dəqiqədə Ladislav Kreyci avtoqol müəllifi olub. 90+1-ci dəqiqədə Mauro İkardi görüşdə son nöqtəni qoyub.

Qonaqlarda isə 47-ci dəqiqədə Angelo Presiado və 65-ci dəqiqədə Yan Kuçta adını tabloya yazdırıb.

Viktor Nelsson 62-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq "sarı-qırmızılar"ı azlıqda qoyub. Praqa klubunda isə 80-ci dəqiqədə Matey Runes ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

"Yanq Boyz" - "Sportinq" 1:3
"Şaxtyor" - "Marsel" 2:2
"Qalatasaray" - "Sparta" 3:2
"Feyenoord" - "Roma" 1:1
"Braqa" - "Qarabağ" 2:4
"Milan" - "Renn" 3:0
"Lans" - "Frayburq" 0:0
"Benfika" - "Tuluza" 2:1

Digər Xəbərlər
Xəbər Lenti