“Qarabağ”la oyunda özümüzə güvənmək edəcəyimiz ilk səhv olar”

15 Fevral 2024 22:40 Avropa Liqası 595
“Qarabağ”la oyunda özümüzə güvənmək edəcəyimiz ilk səhv olar”

"Qarabağ" bizim hörmət etdiyimiz rəqibdir.

Biz onları tanıyırıq və öyrənirik, ona görə də bilirik ki, çox bacarıqlı komandadırlar.

Hər il Avropa yarışlarında iştirak edirlər və öz ölkə çempionatlarında tam üstünlük təşkil edirlər. Qalib gəlməli və 2-ci oyun öncəsi vacib üstünlüyə nail olmalıyıq".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Braqa"nın baş məşqçii Artur Jorje Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la ilk oyun öncəsi deyib.

Mütəxəssis bildirib ki, onları rahat matç gözləmir:

"Bu cür yarışlara öyrəşmiş və 1/8 finala yüksəlmək istəyən komanda ilə qarşılaşacağıq. Onlar bütün diqqətlərini bu oyuna cəmləyiblər.

Çünki daxili çempionatı rahatlıqla idarə edə bilirlər, ard-arda yeddi-səkkiz çempionluqları var. Bizim tərəfimizdən asan olacağını düşünmək və özümüzə güvənmək edəcəyimiz ilk səhvdir.

Futbolçularımın nəyə qadir olduğunu bilirəm və yanaşma ciddi və qələbə axtarışında olacaq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA