“Braqa”da çıxış etmiş braziliyalı: “Qarabağ” favorit deyil, amma sürpriz edə bilər“

9 Fevral 12:40 Avropa Liqası 497
“Braqa”da çıxış etmiş braziliyalı: “Qarabağ” favorit deyil, amma sürpriz edə bilər“

“Qurban Qurbanovun “Braqa” ilə bağlı məlumatlı olması oyun zamanı komandasına çox kömək edə bilər”.

Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a eksklüziv açıqlamasında “Braqa”nın sabiq futbolçusu Marsio Mossoro deyib.

Keçmiş komandasının Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəyi oyunlardan danışan 41 yaşlı yarımmüdafiəçi şansları dəyərləndirib.

O, Portuqaliya təmsilçisinin daha keyfiyyətli oyunçulara sahib olduğunu bildirib: “Açığı, Azərbaycan çempionatı haqqında bir o qədər məlumatım yoxdur.

Amma “Qarabağ”ın heyətində yaxşı futbolçuların olduğunu bilirəm. Mənə görə, favorit “Braqa”dır. Bununla belə, “Qarabağ” rəqibinə sürpriz edə bilər”.

2008-2013-cü illərdə “Braqa”nın formasını geyinmiş təcrübəli oyunçu komandanın son illərdə xeyli inkişaf etdiyini vurğulayıb:

“Gənc futbolçulardan ibarət əla heyəti var. İndiki və əvvəlki “Braqa”nı müqayisə etmək elə də çətin deyil.

Fərq göz önündədir. Çox sürətli oynayırlar. Bizim vaxtımızda isə komanda daha çox topa nəzarət etməyə üstünlük verirdi”.

“Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti