PSJ-nin hücumameyilli yarımmüdafiəçisi “Qarabağ”a qarşı oynayacaq

30 Yanvar 00:50 Avropa Liqası 520
PSJ-nin hücumameyilli yarımmüdafiəçisi “Qarabağ”a qarşı oynayacaq

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Braqa" hücum xəttini gücləndirib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Portuqaliya təmsilçisi PSJ-dən Şer Nduru icarəyə götürüb.

Müqavilədə satınalma şərti yoxdur.

Hücumameyilli yarımmüdafiəçi Paris klubunda 10 nömrəli formada çıxış edəcək.

19 yaşlı italiyalı futbolçu 2023-cü ilin avqustundan PSJ-nin üzvüdür.

"Qarabağ" ilə "Braqa" arasındakı ilk görüş 2024-ün fevralın 15-də Portuqaliyada, cavab oyunu isə bir həftə sonra Bakıda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti