"Braqa" ŞOKda - "Qarabağ"a qarşı oynamayacaq!

26 Yanvar 2024 01:00 Avropa Liqası 4 369
"Braqa" ŞOKda - "Qarabağ"a qarşı oynamayacaq!

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Braqa” ciddi itki ilə üzləşib.

Sportinfo.az Portuqaliya klubunun rəsmi saytına istinadən xəbər verir ki, komandanın aparıcı futbolçusu Bruma dizindən zədə alıb.

Onun yanvarın 29-da əməliyyat olunacağı və 4-6 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib. Bu isə o deməkdir ki, portuqaliyalı yarımmüdafiəçi "Qarabağ"la oyunları buraxacaq.

"Qarabağ"ın "Braqa" ilə ilk oyunu fevralın 15-də səfərdə, cavab görüşü isə fevralın 22-də Bakıda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:00 Çək və bizə göndər!
7 Sentyabr 15:40 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 02:10 "Şamaxı" yoxladı - 2:1