Avropa Liqasının səhifəsi paylaşım etdi, azərbaycanlı izləyicilər coşdu - FOTO

21 Yanvar 23:20 Avropa Liqası 1 622
Avropa Liqasının səhifəsi paylaşım etdi, azərbaycanlı izləyicilər coşdu - FOTO

Avopa Liqasının 1/8 final mərhələsinin oyunları 15 və 22 fevral tarixlərində keçiriləcək.

Avropa Liqasının “instagram” səhifəsində qarşılaşmalarla bağlı anons verilib.

Hər komandanın heyətindən bir futbolçunun şəklini izləyicilərə təqdim edərək oyunlara 4 həftə qalması barədə post yerləşdirilib.

Səhifə “Qarabağ”lılara çağırış etmək üçün Abdullah Zubir, Yassin Benzia, Marko Yankoviç, yaxud Julio Romaonun fotosunu yox, komandanın “vuran ayağı” Juninyonun şəklindən istifadə edib.

“Sparta Praqa” ilə üz-üzə gələcək “Qalatasaray”dan isə Mauro İkardiyə yer verilib.

Məlum paylaşım türkiyəli və azərbaycanlı izləyicilər təfərindən coşqu ilə qarşılanıb. Posta rəy yazanların böyük əksəriyyəti “Qalatasaray”la “Qarabağ”ı dəstəkləyəcəyini bildiib.

“Köhlən atlar” “Braqa”ya qarşı ilk matçını fevralın 15-də Portuqaliyada keçirəcək. Cavab oyunu bundan bir həftə sonra Bakıda baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti