Joao Moutinyo bu sözlərlə "Qarabağ"ı "hesabdan sildi"

13 Yanvar 00:50 Avropa Liqası 8 524
Joao Moutinyo bu sözlərlə  "Qarabağ"ı "hesabdan sildi"

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Braqa"nın futbolçusu Joao Moutinyo bu turnirlə bağlı gözləntilərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, 37 yaşlı portuqaliyalı yarımmüdafiəçi sözügedən yarışda iddialı olduqlarını qeyd edib:

“Avropa Liqasındakı komandalar qrupunun ən güclüləri olan bir mövsümdür. Biz bunu bilirik.

Amma burada sadəcə oynamaq, rəqabət aparmaq yox, gücümüzü, kubok uğrunda mübarizə aparmağı nümayiş etdirmək üçün yarışırıq. Bu, bizim borcumuzdur.

Titul qazanmaqla öz sözümüzü deyə bilərik. Futbolda gözlənilməz nəticələr olur.

Biz qalib gəlmək bacarığına, öz futbolumuzu nümayiş etdirməyə malik olmalıyıq”.

"Qarabağ"la "Braqa" arasındakı ilk görüş fevralın 15-də Portuqaliyada, cavab oyunu isə fevralın 22-də Bakıda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti