Avropa Liqasında qrup mərhələsinin ən yaxşı qoluni kim vurub?

23 Dekabr 2023 22:00 Avropa Liqası 847
Avropa Liqasında qrup mərhələsinin ən yaxşı qoluni kim vurub?

Avropa Liqasında qrup mərhələsinin ən yaxşı qolu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Yunanıstanın AEK klubunun futbolçusu Cibril Sidibenin İngiltərə təmsilçisi “Brayton”la görüşdə başla vurduğu qol ən yaxşı seçilib.

Fransalı müdafiəçinin zərbəsi azarkeşlər arasında aparılan səsvermədə hamıdan çox səs toplayıb.

Qrup mərhələsində “Qarabağ”la qarşılaşmada vurduğu qolla namizədlər sırasına düşən "Bayer 04”ün hücumçusu Viktor Bonifeys 7-ci yerə layiq görülüb.

1. Cibril Sidibe (AEK): “Brayton”la oyun - 3:2 (I tur)

2. Pyerr-Emerik Obameyanq (“Marsel”): “Ayaks”la oyun - 4:3 (V tur)

3. Lukas Paketa (“Vest Hem”): “Olimpiakos”la oyun - 1:2 (III tur)

4. Lüdovik Blas (“Renn”): Hayfa “Makkabi”si ilə oyun - 3:0 (I tur)

5. Lorents Assinyon (“Renn”): “Vilyarreal”la oyun - 2:3 (VI tur)

6. Teys Dallinqa (“Tuluza”): “Liverpul”la oyun - 3:2 (IV tur)

7. Viktor Bonifeys (“Bayer”): “Qarabağ”la oyun - 5:1 (III tur)

8. Maqnus Volff-Eykrem (“Molde”): “Hakken”lə oyun - 5:1 (III tur)

9. Lukas Paketa (“Vest Hem”): “Frayburq”la oyun - 2:1 (II tur)

10. Santi Komesana (“Vilyarreal”): “Panatinaikos”la oyun - 3:2 (V tur)

Digər Xəbərlər
Xəbər Lenti