"Bu, bizə qətiyyən lazım deyil" - "Qarabağ"ın diqqətinə!

22 Dekabr 2023 13:40 Avropa Liqası 1 131
"Bu, bizə qətiyyən lazım deyil" - "Qarabağ"ın diqqətinə!

“Qarabağ”ının qarşıdakı Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” qış transfer pəncərəsində heyətini gücləndirmək fikrində deyil.

Sportinfo.az xəbər verir ki, komandanın baş məşqçisi Artur Xorxe bu haqda danışıb:

O, komandanın qış transfer pəncərəsində heyətini gücləndirmək fikrində olmadığını deyib:

“Musratinin zədəsi səbəbindən yarımmüdafiəni gücləndirmək? Bu, bizə qətiyyən lazım deyil.

Biz “altı” və “səkkiz” mövqelərində problem görürük, lakin bu, güclənməyimizə əsas vermir.

Biz ən çox qol vuran və ən çox qol buraxan komandayıq. Biz futbolun möhtəşəm və cəlbedici olmasını tələb edirik, lakin sonra təhlili buraxılmış qollara və ya fərdi səhvlərə endiririk

Bu həmişə mənim günahım olacaq. Amma daha bu mövzuya toxunmayacam.

Heç bir zonanı gücləndirməyi planlaşdırmıram. Oyunçulardan çox razıyam".

"Qarabağ” – “Braqa” matçları fevralın 15-i və 22-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti