“Qarabağ” - "Pley-off"dakı 24 komandanın ən kasıbı

19 Dekabr 2023 00:50 Avropa Liqası 937
“Qarabağ” - "Pley-off"dakı 24 komandanın ən kasıbı

Avropa Liqasının 1/16 və 1/8 final mərhələsində mübarizə aparacaq klubların heyətinin dəyəri açıqlanıb.

Sportinfo.az xəbər verir ki, müvafiq siyahını transfermarkt saytı tərtib edib.

Onların sırasında tarixində ilk dəfə olaraq Avropa Liqasının 1/16 final mərhələsinə vəsiqə qazanan "Qarabağ" da var.

Ağdam təmsilçisi heyətinin dəyərinə görə siyahıda sonuncu - 24-cü yeri tutur. Komandanın heyətinin ümumi qiyməti 13 milyon avro məbləğində dəyərləndirilir.

Siyahı saytın transfer məsələləri üzrə ixsisaslasmış ekspertləri tərəfindən hazırlanıb. Siyahıda ilk pilləni isə İngiltərənin "Liverpul" klubu tutur - 877 milyon avro.

24 komandanın yer aldığı həmin siyahı

1. "Liverpul" (İngiltərə) - 877 milyon avro

2. "Bayer" (Almaniya) - 562 milyon avro

3. "Milan" (İtaliya) - 543 milyon avro

4. "Vest Hem" (İngiltərə) - 470 milyon avro

5. "Brayton" (İngiltərə) - 469 milyon avro

6. "Roma" (İtaliya) - 362 milyon avro

7. "Benfika" (Portuqaliya) - 359 milyon avro

8. "Atalanta" (İtaliya) - 324 milyon avro

9. "Renn" (Fransa) - 280 milyon avro

10. "Sportinq" (Portuqaliya) - 280 milyon avro

11. "Feyenoord" (Niderland) - 265 milyon avro

12. "Olimpik" (Fransa) - 248 milyon avro

13. "Qalatasaray" (Türkiyə) - 236 milyon avro

14. "Lans" (Fransa) - 212 milyon avro

15. "Villareal" (İspaniya) - 188 milyon avro

16. "Frayburq" (Almaniya) - 177 milyon avro

17. "Braqa" (Portuqaliya) - 126 milyon avro

18. "Şaxtyor" (Ukrayna) - 113 milyon avro

19. "Reyncers" (Şotlandiya) - 100 milyon avro

20. "Tuluza" (Fransa) - 79 milyon avro

21. "Yanq Boyz" (İsveçrə) - 58 milyon avro

22. "Sparta" (Praqa, Çexiya) - 44 milyon avro

23. "Slaviya" (Praqa, Çexiya) 43 milyon avro

24. "Qarabağ" (Azərbaycan) - 13 milyon avro

Bu mərhələnin qalibi olacaq 8 komanda 1/8 finalda Avropa Liqasında qrup birinciləri olan klublara rəqib olacaq.

Digər Xəbərlər
Xəbər Lenti