“Qarabağ”la oyundan sonra ayrılacam” – Yeni klubu məlum oldu

9 Dekabr 2023 13:20 Avropa Liqası 769
“Qarabağ”la oyundan sonra ayrılacam” – Yeni klubu məlum oldu

“Qarabağ”la oyundan sonra “Hakken”dən ayrılacağam”.

Sportinfo.az xəbər verir ki, bunu “Hakken”in (İsveç) baş məşqçisi Per-Matias Hoqmo yerli mətbuata açıqlamasında deyib.

Norveçli mütəxəssis Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı keçiriləcək görüşün onun “Hakken” karyerasında son qarşılaşma olacağını bildirib.

64 yaşlı mütəxəssis Asiya Çempionlar Liqasının son qalibi olan Yaponiya klubu “Urava Red Diamonds”un sükanı arxasına keçəcək:

“Hakken”lə iki il yarımlıq səyahətin bir hissəsi olduğum üçün minnətdaram. Həyatınızda yeni səhifə açmaq hər zaman qarışıq hisslərlə olur.

Bu müddətdə “Hakken”də olmaqdan hədsiz sevinc hiss edirəm”.

"Qarabağ” – “Hakken” oyunu dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Son tur öncəsi “Qarabağ” 7 xalla ikinci pillədə qərarlaşıb. “Hakken”in isə hesabında xal yoxdur.

Digər Xəbərlər
Xəbər Lenti