29 il sonra rekordunu təkrarladı - “Qarabağ”la eyni qrupda yer alan

2 Dekabr 2023 01:40 Avropa Liqası 454
29 il sonra rekordunu təkrarladı - “Qarabağ”la eyni qrupda yer alan

Avropa Liqasının qrup mərhələsində “Hakken”i məğlub edən (2:0) “Bayer” avrokuboklardakı rekordunu təkrarlayıb.

Sportinfo.az xəbər verir ki, Leverkuzen təmsilçisi Avropa Liqasının 2023/24 mövsümünün qrup mərhələsində ardıcıl 5-ci qələbəsini qazanıb.

Almaniya klubu bununla 1994/95 mövsümündə UEFA kubokunda müəyyən edilmiş klub rekordunu təkrarlayıb. “Bayer” o vaxtdan indiyədək heç vaxt ardıcıl beş avrokubok matçında qalib gələ bilməmişdi.

Xabi Alonsonun komandası bütün turnirlərdə ardıcıl 14 oyundur ki, qalib gəlir.

“Qarabağ”la eyni qrupda yer alan “Bayer” 15 xalla lideridir və 1/8 finala vəsiqəni təmin edib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Fevral 17:50 Çək və bizə göndər!
23 Fevral 13:40 Tanrının ikinci qolu...