
“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqiblərindən "Molde" Norveç çempionatında 29-cu tur oyununa çıxıb.
Sportinfo.azxəbər verir ki, sözügedən komanda səfərdə “Sarpsborq”la qarşılaşıb.
Oyunda “Molde” 3:1 hesabı ilə qalib gəlib.
Bu qələbə sayəsində xallarının sayını 50-yə çatdıran "Molde" hazırda turnir cədvəlində 5-cidir.
Xatırladaq ki, "Qarabağ" Avroliqanın qrup mərhələsinin 5-ci turu çərçivəsində "Molde" ilə Norveçdə üz-üzə gələcək.
Matç noyabrın 30-da keçiriləcək. Bu komandalar arasında 1-ci tur oyunundaAğdam təmsilçisi Bakıda 1:0 qalib gəlib.
“Sarpsborq” - "Molde"
Qollar: Sandberq, 90 - Lovik, 1, Hauqen, 44, Odiqard, 50