Almaniya nəhəngi “Qarabağ”ı ciddiyə almadı - Məşq etməyəcək, ispan danışmayacaq

6 Noyabr 2023 17:20 Avropa Liqası 702
Almaniya nəhəngi “Qarabağ”ı ciddiyə almadı - Məşq etməyəcək, ispan danışmayacaq

“Bayer 04” Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la oyunöncəsi Bakıda məşq etməyəcək.

Sportinfo.az xəbər verir ki, Leverkuzen təmsilçisi bununla bağlı UEFA-dan xüsusi icazə alıb.

Xabi Alonsonun baş məşqçisi olduğu komanda noyabrın 8-də gecə saatlarında Bakıda olacaq. İspaniyalı mütəxəssisin mətbuat konfransı da təşkil olunmayacaq.

“Qarabağ”ın son məşqi isə həmin gün saat 17:30-da qarşılaşmanın gerçəkləşəcəyi Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.

Bundan 15 dəqiqə əvvəl baş məşqçi Qurban Qurbanov media nümayəndələri önünə çıxacaq.

Noyabrın 9-da keçiriləcək “Qarabağ” – “Bayer 04” matçı saat 21:45-də start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti