“Molde“nin bütün sirlərini açıb “Qarabağ”a dedi - BU VİDEOYA DİQQƏT!

20 Sentyabr 2023 14:40 Avropa Liqası 2 237
“Molde“nin bütün sirlərini açıb “Qarabağ”a dedi - BU VİDEOYA DİQQƏT!

Azərbaycanı avropa Liqasında təmsil edən yeganə təmsilçimiz olan “Qarabağ” sabah H qrupunda ilk matçına çıxacaq.

Komandamız Bakıda Norveç “Molde”sini sınağa çəkəcək.

Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov “Molde”ni analiz edib, oyun planı barəsində maraqlı fikirlər səsləndirib.

Tanınmış jurnalist deyib ki, “Molde” ilə qarşılaşmada meydanın mərkəzindəki mübarizə çox önəm kəsb edəcək:

“Rəqib topa sahib olduqda, hücumlar təşkil etdikdə, müdafiədə boşluqlar buraxır. Xüsusilə mərkəz müdafiəçilərinin mövqe seçimlərində səhvlərinin şahidi olmuşuq.

İlk növbədə onu qeyd edək ki, Norveç komandasının fiziki göstəriciləri kifayət qədər yaxşıdır. Standart vəziyyətlərdə diqqətli olmaq lazımdır.

Beşli müdafiəyə üstünlük verən “Molde”də oyun qurarkən, mərkəzdə yer alan futbolçuların performansı çox önəmlidir. Geridən oyun qurarkən cinah stoperləri, yəni mərkəzdə yer alan müdafiəçilər kənara çəkilir.

Bu xüsusda komandanın əsas beyni sayılan Sverk Mannsverkin oyun ağlı hücuma keçidlərdə böyük rol oynayır. Yəni, bu futbolçu komandanın hər şeyidir.

Hücumlarda, geri dönən topların alınmasında önəmli rol oynayır. Davamlı şəkildə komanda yoldaşları ilə danışır. Bir sözlə, əsl liderdir.

Topa daha çox sahib olmağı sevən oyun anlayışına malik “Molde” meydannın bütün zonalarında buna nail olmağı bacarır.

Əsasən cinahlardan qurulan oyun planında fəal iştirak etmək üçün mərkəz hücumçuları da o zonaya yaxın oynamağa çalışır. Bu fonda ikinci zonadan üçüncü zonaya keçidlərdə Breyvikin rolu çox önəmlidir.

İtirlən toplardan sonra xətlərarası məsafə yaxın olduğuna görə uzun ötürmələrlə və ya cinahlardan təşkil edilən hücumlarda boşluqlara yol verirlər.

Görünən odur ki, bu komandaya qarşı yerlə oynamaq daha yaxşı alınardı. Davamlı cinahlardan mərkəzə uzun ötürmələrlə qol epizodu yaratmaq imkanımız az olar.

Qapıçıları Yakob Karlstrom uzaqdan vurulan zərbələrdə zəif qalır. Bunun üçün mütləq şəkildə uzaqdan zərbələrə də üstünlük verilməlidir”

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!