Bu komandalar Avroliqada pley-off mərhələsini adladı - NƏTİCƏLƏR

1 Sentyabr 2023 01:00 Avropa Liqası 806
Bu komandalar Avroliqada pley-off mərhələsini adladı - NƏTİCƏLƏR

Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" "Olimpiya"nı qəbul edib.

Matç 1:1 hesabı ilə yekunlaşıb. İlk görüşdə 2:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisi qrup mərhələsinə adlayıb.

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi Zaqreb "Dinamo"su isə ilk görüşdə 3:1 hesabı ilə qalib gəldiyi "Sparta"ya bu dəfə 1:4 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.

"Dinamo" Konfrans Liqasının qrup mərhələsində mübarizə aparacaq.

31 avqust

20:00. "Qarabağ" - "Olimpiya" (Sloveniya) - 1:1

Qollar: Toral Bayramov, 24-pen.(1:0), Kosta Pinto, 36 (1:1)

İlk oyun - 2:0

21:00. "Aris" (Kipr) - "Slovan" (Slovakiya) - 6:2

Qollar: Qomis, 21, 45+7, 51, Szoke, 24, Mayambela, 67, Braun, 72 - Streleç, 37, Barseqyan, 89

İlk oyun - 1:2

21:00. "Şerif" (Moldova) - "Klaksvik" (Farer adaları) - 2:1

Qollar: Luvamor, 16-pen; Zohouri, 74 - Kassi, 34

İlk oyun - 1:1

21:00. "Sparta" (Praqa, Çexiya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 4:1

Qollar: Haraslin, 2, Sorensen, 24, Panak, 67, Olatunyi, 87 - Baturina, 71

İlk oyun - 1:3

21:00. "Zarya" (Ukrayna) - "Slaviya" (Çexiya) - 2:1

Qollar: Alefirenko, 32, Antiux, 41 - Yurasek, 83

İlk oyun - 0:2

22:00. "Ayaks" (Niderland) - "Ludoqorets" (Bolqarıstan) - 0:1

Qol: Tissera, 62

İlk oyun - 4:1

22:00. "Çukariçki" (Serbiya) - "Olimpiakos" (Yunanıstan) - 0:3

Qollar: Masouras, 34, Biel, 45+1, Retsos, 53

İlk oyun - 1:3

22:30. "Luqano" (İsveçrə) - "Yunion" (Belçika) - 0:1

Qol: Ayensa, 7

Qırmızı vərəqə: Haydari, 90+3 ("Luqano")

İlk oyun - 0:2

22:45. "Aberdin" (Şotlandiya) - "Hakken" (İsveç) - 1:3

Qollar: Miovski,56 - Sadiq, 14, 41, Layuri, 91-pen.

İlk oyun - 2:2

23:00. "Jrinski Mostar" (Bosniya və Herseqovina) - LASK (Avstriya) - 1:1

Qollar: Bibiya, 38-pen. - Yoviçiç, 52
İlk oyun - 1:2

Digər Xəbərlər
Xəbər Lenti