Söyüş söyməsini məşhur məşqçiyə BAĞIŞLAMADILAR

28 İyun 2023 22:00 Avropa Liqası 1 606
Söyüş söyməsini məşhur məşqçiyə BAĞIŞLAMADILAR

UEFA “Roma”nın baş məşqçisi Joze Mourinyonu cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, buna portuqaliyalı mütəxəssisin Avropa Liqasının finalında İspaniya “Sevilya”sına uduzduqları oyundan sonrakı davranışı səbəb olub.

Final fitindən sonra matçın ingiltərəli baş hakimi Entoni Teyloru təhqir edən 60 yaşlı çalışdırıcı avrokuboklarda 4 oyunluq diskvalifikasiya cəzası alıb.

“Sevilya” – “Roma” görüşünün əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq (4:1) oynayan İspaniya təmsilçisi 7-ci dəfə Avropa Liqasının qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
12 Dekabr 18:10 Çək və bizə göndər!