Bu gün daha 7 klub xoşbəxt olacaq? - Avropa Liqası

27 Oktyabr 2022 15:40 Avropa Liqası 648
Bu gün daha 7 klub xoşbəxt olacaq? - Avropa Liqası

Avropa Liqasının qrup mərhələsində bu gün V turun oyunları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, ümumilikdə 8 qrupda 16 qarşılaşma baş tutacaq.

Türkiyə təmsilçilərindən "Fənərbağça" İstanbulda "Renn"ii qəbul edəcək. B qrupunun digər qarşılaşmasında AEK (Larnaka) Kiprdə "Dinamo" (Kiyev) ilə üz-üzə gələcək.

Qonşu ölkənin digər komandası "Trabzonspor" Serbiyada "Srvena Zvezda"nın qonağı olacaq. H qrupunda "Ferentsvaroş" (Macarıstan) - "Monako" (Fransa) görüşü də baş tutacaq.

V turun matçlarından sonra PSV (Niderland), "Lüdoqorets" (Bolqarıstan), "Yunion" (Belçika), "Braqa" (Portuqaliya), "Mançester Yunayted" (İngiltərə), "Qarabağ" (Azərbaycan) və "Ferentsvaroş" (Macarıstan) növbəti mərhələyə vəsiqəni rəsmiləşdirə bilər.

Daha əvvəl Türkiyənin "Fənərbağça", İngiltərənin "Arsenal", Fransanın "Renn", Almaniyanın "Frayburq", İspaniyanın "Betis" və "Real Sosyedad" klubları qrupdan çıxmağı təmin edib.

26 oktyabr

A qrupu

20:45. PSV (Niderland) - "Arsenal" (İngiltərə)

20:45. "Sürix" (İsveçrə) - "Budö Qlimt" (Norveç)

Xal durumu: "Arsenal" - 12, PSV - 7, "Budö Qlimt" - 4, "Sürix" – 0

B qrupu

20:45. AEK (Larnaka, Kipr) - "Dinamo" (Kiyev, Ukrayna)

20:45. "Fənərbağça" (Türkiyə) - "Renn" (Fransa)

Xal durumu: "Fənərbaxça" – 10, "Renn" – 10, AEK – 3, “Dinamo” - 0

C qrupu

20:45. "Lüdoqorets" (Bolqarıstan) - "Betis" (İspaniya)

23:00. HİK (Finlandiya) - "Roma" (İtaliya)

Xal durumu: "Betis" - 10, "Lüdoqorets" - 7, "Roma" - 4, HİK - 1

D qrupu

20:45. "Malmö" (İsveç) - "Yunion" (Belçika)

20:45. "Yunion" (Berlin, Almaniya) - "Braqa" (Portuqaliya)

Xal durumu: "Yunion" - 10, "Braqa" - 7, "Yunion" (Berlin) - 6, "Malmö" - 0

E qrupu

23:00. "Mançester Yunayted" (İngiltərə) - "Şerif" (Moldova)

23:00. "Omoniya" (Kipr) - "Real Sosyedad" (İspaniya)

Xal durumu: "Real Sosyedad" - 12, "Mançester Yunayted" - 9, "Şerif" - 3, "Omoniya" - 0

F qrupu

20:45. "Latsio" (İtaliya) - "Midtüllan" (Danimarka)

23:00. "Şturm" (Avstriya) - "Feyenoord" (Niderland)

Xal durumu: "Feyenoord" - 5, "Midtüllan" - 5, "Latsio" - 5, "Şturm" - 5

G qrupu

23:00. "Frayburq" (Almaniya) - "Olimpiakos" (Yunanıstan)

23:00. "Nant" (Fransa) - "Qarabağ" (Azərbaycan)

Xal durumu: "Frayburq" - 12, "Qarabağ" - 7, "Nant" - 3, "Olimpiakos" - 1

H qrupu

23:00. "Ferentsvaroş" (Macarıstan) - "Monako" (Fransa)

23:00. "Srvena Zvezda" (Serbiya) - "Trabzonspor" (Türkiyə)

Xal durumu: "Ferentsvaroş" - 9, "Trabzonspor" - 6, "Monako" - 6, "Srvena Zvezda" - 3

Digər Xəbərlər
Xəbər Lenti
4 Fevral 02:40 Premyer Liqada 100...