
"Çelye"nin hücumçusu Franko Kovaçeviç Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Masazırda “Sabah" üzərində qazandıqları qələbə (3:2) ilə bağlı fikirlərini bölüşüb.
Sportinfo.az “24ur.com”a istinadən xəbər verir ki, bu görüşdə dubla imza atan xorvatiyalı forvard bunları deyib:
“Biz layiqli qalib gəldik. "Sabah" keyfiyyətli rəqib olduğunu göstərdi.
Amma komandamız əsas məqamlarda əsl xarakter nümayiş etdirdi. Böyük komandalar belə qalib gəlir”.