"Spartak" bu məğlubiyyəti üzün müddət yadında saxlayacaq - VİDEO

21 Oktyabr 2021 01:40 Avropa Liqası 912
"Spartak" bu məğlubiyyəti üzün müddət yadında saxlayacaq - VİDEO

Avropa Liqasının qrup mərhələsində III turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "Spartak" (Moskva) C qrupunda "Lester"i qəbul edib.

Moskvadakı "Spartak" stadionunda oynanılan qarşılaşma qonaqların 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı meydan sahibləri açıblar. 11-ci dəqiqədə Aleksandr Sobolyov fərqlənib. 44-cü dəqiqədə Cordan Larsson fərqi 2 topa çatdırıb. Lakin "Lester" oyunda geridönüş etməyi bacarıb.

Zambiyalı hücumçu Patson Daka 45-ci, 48-ci 54-cü və 79-cu dəqiqələrdə rəqib qapısına yol tapmaqla poker edib. 86-cı dəqiqədə Sobolyov dubl müəllifi olsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.

Bu qalibiyyətdən sonra xallarını 4-ə çatdıran "Lester" 2-ci pilləyə yüksəlib. "Spartak" isə 3 xalla 3-cü sırada qərarlaşıb.

Qrupa 6 xalla Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı başçılıq edir. 1 xalı olan İtaliya "Napoli"si isə sonuncudur.

"Spartak" - "Lester Siti" - 3:4

Qollar: Aleksandr Sobolev, 11, 86, Cordan Larsson, 44 - Patson Daka, 45, 48, 54, 78

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"