Avroliqada son mövsümün ən yaxşı futbolçusu adına 3 namizəd

14 Avqust 2021 00:28 Avropa Liqası 702
Avroliqada son mövsümün ən yaxşı futbolçusu adına 3 namizəd

Avropa Liqasında 2020/21 mövsümünün ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, UEFA bu yerə iddiaçı 3 futbolçunun adını açıqlayıb.

Onlardan ikisi “Mançester Yunayted”in formasını geyinən yarımmüdafiəçi Bruno Fernandeş və hücumçu Edinson Kavani, digər namizəd isə turnirin finalçısı “Vilyarreal”ın qolçusu Jerar Morenodur.

Həmçinin səsvermə zamanı 4-10-cu yerlərdə qərarlaşan oyunçular da açıqlanıb.

Bu yerləri müvafiq olaraq Pol Poqba (“Mançester Yunayted” – 36 xal), Pau Torres (“Vilyarreal” – 34), Raul Albiol (“Vilyarreal” – 19), Daniel Parexo (“Vilyarreal” – 18), Leonardo Spinazzola (“Roma” – 14), Etyenn Kapue (“Vilyarreal” – 8) və Nikolya Pepe (“Arsenal” – 8) tutub.

Mükafatın sahibi avqustun 27-də İstanbulda keçiriləcək Avropa Liqasının qrup mərhələsinin püşkatması zamanı bəlli olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”