Avropa Liqasında pley-offa ilk 2 vəsiqənin sahibi bilindi

11 Avqust 2021 00:50 Avropa Liqası 951
Avropa Liqasında pley-offa ilk 2 vəsiqənin sahibi bilindi

Avropa Liqasında III təsnifat mərhələsinin cavab matçlarına start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 2 görüş baş tutacaq.

Kiprdəki ilk qarşılaşmada 1:0 hesabı ilə qalib gələn "Omoniya" Estoniyada "Flora"nın qonağı olub.

Matçın əsas və əlavə vaxtı meydan sahiblərinin 2:1 heablı qələbəsi ilə başa çatdığından qalibi müəyyənləşdirmək üçün penalti seriyasına keçilib. Burada daha dəqiq oynayan qonaqlar pley-offa adlayıblar.

Digər oyunda isə "Slovan" Slovakiyada Cəbəllütariqin "Linkoln" komandasını sınağa çəkib.

Birinci görüşdə qələbə qazanan Bratislava təmsilçisi cavab matçında rəqibi ilə heç-heçə edib - 1:1. Bununla da "Slovan" 2 görüşün nəticəsinə əsasən, növbəti mərhələyə vəsiqə əldə edib.

Bu mərhələnin digər 6 oyunu avqustun 12-də keçiriləcək.

Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Neftçi" Finlandiyada HİK (Helsinki) klubu ilə qarşılaşacaq. "Ağ-qaralar" Bakıdakı ilk matçda rəqibi ilə heç-heçə edib - 2:2.

10 avqust

20:00. "Flora" (Estoniya) - "Omoniya" (Kipr) - 2:1 (PENALTİLƏRDƏ - 4:5)

Qollar: Rauno Sappinyen, 48; 88 - Andronikos Kakoulli, 43

İlk oyun - 0:1

22:30. “Slovan” (Bratislava, Slovakiya) - “Linkoln” (Cəbəllütariq) - 1:1

Qollar: Yaromir Zmrqal, 38 - Kike Qomes, 90

Qırmızı vərəqə: Vernon De Marko Morlakki, 54 ("Slovan")

İlk oyun - 3:1

Digər Xəbərlər
Xəbər Lenti