Rayonlara leysan yağacaq, dolu düşəcək Növbəti xəbərdarlıq

13 İyun 2024 12:10 Gündəm 1 223
Rayonlara leysan yağacaq, dolu düşəcək Növbəti xəbərdarlıq

Hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 13-14-də Bakıda və Abşeron yarımadasında gündüz saatlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Qeyd olunub ki, yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

İyunun 13-ü gündüzdən 14-ü axşamadək Azərbaycanın bəzi rayonlarında fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Əsasən dağlıq və dağətəyi rayonlarda (Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan) yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi