"Mançester Yunayted" nə edəcək? - Avroliqada 1/4 final həyacanı

8 Aprel 2021 22:40 Avropa Liqası 498
"Mançester Yunayted" nə edəcək? - Avroliqada 1/4 final həyacanı

Bu gün Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, 4 qarşılaşmanın hamısı eyni saatda başlayacaq.

Turnirin iddialı komandalarından İngiltərənin "Mançester Yunayted" komandası İspaniyada "Qranada"nın qonağı olacaq.

İngiltərənin digər təmsilçisi "Arsenal" Londonda Çexiyanın "Slaviya" (Praqa) komandası ilə üz-üzə gələcək.

Günün maraqla gözlənilən qarşılaşması Niderlandda gerçəkləşəcək. "Ayaks" İtaliyanın "Roma" komandasını sınağa çəkəcək.

İspaniya "Vilyarreal"ı isə Xorvatiyada Zaqreb "Dinamo"sunun müqavimətini qırmağa çalışacaq. Bu mərhələnin cavab qarşılaşmaları aprelin 15-də keçiriləcək.

İlk oyunlar

23:00. "Qranada" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)

23:00. "Arsenal" (İngiltərə) - "Slaviya" Praqa (Çexiya)

23:00. "Ayaks" (Niderland) - "Roma" (İtaliya)

23:00. "Dinamo" Zaqreb (Xorvatiya) - "Vilyarreal" (İspaniya)

Digər Xəbərlər
Xəbər Lenti