Pley-offa vəsiqə qazananlar SƏBƏTLƏRƏ BÖLÜNDÜ

11 Dekabr 2020 02:10 Avropa Liqası 3 769
Pley-offa vəsiqə qazananlar SƏBƏTLƏRƏ BÖLÜNDÜ

Avropa Liqasında 1/16 final mərhələsinin püşkatması dekabrın 14-də keçiriləcək.

Sportinfo.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 16:00-da baş tutacaq.

Püşkatmada iştirak edəcək 32 komanda iki səbətə bölünüb. Onlardan 12-si qrup qalibi, 12-si ikinci yerlərin sahibləri və 8-i Çempionlar Liqasından gələn klublardır.

Bu mərhələdə eyni ölkə təmsilçiləri və bir qrupda mübarizə aparan komandalar üz-üzə gələ bilməyəcək. Qrup qalibləri ilk matçı səfərdə, cavab oyununu evdə keçirəcəklər.

1/16 finalın ilk oyunları 2021-ci il fevralın 18-də, cavab görüşləri 25-də keçiriləcək.

Səpələnmişlər
“Ayaks” (Niderland)
“Brügge” (Belçika)
“Mançester Yunayted” (İngiltərə)
“Şaxtyor (Donetsk, Ukrayna)
“Roma” (İtaliya)
“Arsenal” (İngiltərə)
“Bayer” (Almaniya)
“Reyncers” (Şotlandiya)
PSV (Niderland)
“Napoli” (İtaliya)
“Lester” (İngiltərə)
“Milan” (İtaliya)
“Vilyarreal” (İspaniya)
“Tottenhem” (İngiltərə)
“Dinamo” (Zaqreb, Xorvatiya)
“Hoffenhaym” (Almaniya)

Səpələnməmişlər
“Dinamo” (Kiyev, Ukrayna)
“Krasnodar” (Rusiya)
“Olimpiakos (Yunanıstan)
“Zalsburq” (Avstriya)
“Yanq Boyz” (İsveçrə)
“Molde” (Norveç)
“Slaviya” (Çexiya)
“Benfika” (Portuqaliya)
“Qranada” (İspaniya)
“Real Sosyedad” (İspaniya)
“Braqa” (Portuqaliya)
“Lill” (Fransa)
“Makkabi” (Təl-Əviv, İsrail)
“Antverpen” (Beçlika)
“Volfsberq” (Avstriya)
“Srvena Zvezda” (Serbiya)

Digər Xəbərlər
Xəbər Lenti