"1xBet” və “Mostbet” azərbaycanlıları necə "soyur“?

4 Dekabr 2020 13:40 Araşdırma 2 293
"1xBet” və “Mostbet” azərbaycanlıları necə "soyur“?

Sportinfo.az xəbər verir ki, 44 günlük müharibə Azərbaycanın qələbəsi ilə bitdi.

Şanlı üçrəngli bayrağımız tezliklə işğaldan qurtulan bütün bölgələrdə dalğalanacaq və bir daha enməyəcək.

Amma ölkəmizi coğrafi mənada işğaldan qurtarsaq da, hələ də buralarda “at oynadan”, adamlarımızın cibinə girən, onlardan oğurladığı pulu güllə, mərmi şəklində əsgər və zabitlərimizin, mülki vətəndaşlarımızın başına yağdıran “1xBet” və “Mostbet” kimi şirkətlərin əsarətindən çıxa bilmirik.

Bəlkə də çox sərt yanaşma oldu. Bu yazılar silsiləsini oxuyandan sonra mənim kimi düşünəcəyinizə əminəm.

2-ci yazı

Əvvəlki yazıda “1xBet” və “Mostbet” kimi şirkətlərin çox sadə fırıldaq mexanizmləri əsasında azərbaycanlı müştəriləri aldatmasından, insanlarımızın pulunu-varını ölkə xaricinə çıxarmasından bəhs etdik.

Qanuni bukmeker kontorlarından fərqli belə kontorlar müştərilərlə mübahisəli vəziyyət yaranarkən birmənalı şəkildə özünü haqlı çıxarır. Yəni kontor dövlətin dəstəyinə bel bağlaya bilməyəcək müştərinin uduşundan kəsə, hətta ödənişdən imtina da edə bilər.

Bundan başqa, ofşor zonalarda qeydiyyatdan keçmiş kontorlar üzərindən oynayan həmvətənlərimiz günlərin birində vergi orqanları ilə problem yaşayacaqlarını da düşünməlidilər.

Beləliklə, bu kontorlar bir tərəfdən Azərbaycan büdcəsinə vergi-lisenziya ödənişləri etmədiklərinə görə qanuni fəaliyyət göstərən kontorlarla müqayisədə nisbətən yüksək əmsal təklif edir, digər tərəfdən isə mübahisəli vəziyyətlərdə məsuliyyəti boynundan ataraq, bütün yükü müştərinin üzərinə yıxır.

Yəni belə fəaliyyətin ziyanını Azərbaycan dövləti və Azərbaycan vətəndaşı çəkir. Mexanizm elə incəliklə qurulub ki, Azərbaycan dövləti istəsə belə, vətəndaşına arxa dura bilmir.

Sosial şəbəkələr hər iki şirkətin fəaliyyətindən narazılıq edən, müştərilərin başına açılan oyunları dilə gətirən adamların mesajları ilə doludu. Ümumi mənzərəni göz önündə canlandırmaq üçün belə mesajların bir neçəsinə baxaq.

“1XBet” kimi qayda-qanun saymayan kontor görməmişəm. 18.01.2019-cu ildə 20.01-də olacaq idman hadisəsinə pul qoydum. Elə 18-i axşam hesabımın bloklanması və pulun müsadirə olunması haqda məktub aldım. Özü də nəhəng məbləğ qoymuşdum! Yəni heç oyun olmamış pulum əlimdən çıxdı.

Sadəcə, ədəbsizlər! Əlbəttə, məktubda yazırlar ki, mənim bir neçə hesabım var, pul qoyuluşunu özüm etməmişəm. Qurama bəhanədi! Hesab həmişə eyni olub və qaydalar əsasında oynamışam. Onu da da yazırlar ki, şirkətə müraciət etməyin faydası yoxdu”.

“1XBet kontoruna pul yatırdım və pul qoyuluşu etməyə başladım. Bir neçə dəfə uduzandan sonra bu nəticəyə gəldim ki, bu iş mənlik deyil, qalan pullarımı adı çəkilən kontordan götürməyim məsləhətdi.

Bu niyyətlə də Dəstək Xidmətinə məktub göndərdim. Dəstək Xidməti də öz növbəsində mənə cavab yazdı ki, sənədlərin yoxlanılması üçün Təhlükəsizlik Xidmətinə yazım. Bu Xidmətə yazdığım məktuba aldığım cavabla tanış olun: “

Bəli, hər şey düzdü. Pasportunuzun şəklini (1-ci səhifə və arxası, eləcə də qeydiyyat yeri), həmçinin kartınızın hər iki üzünün fotosunu təqdim etməyiniz vacibdi”.

Bir sözlə, indi yalnız əlacım pulu məhkəmə yolu ilə qaytarmağa qalıb. Ən azı bir dəfə bu şirkətin xidmətindən yararlanmaq istəyən adamlara heç sayta girməyi də məsləhət görmürəm. Sonrakı peşmançılıq fayda vermir”.

“Mostbet”in qüsurları çoxdu. Kontor uduzmaq istəyən loxları axtarır. Uddunsa, dərhal hesabını blok edirlər. Bu kontorda qətiyyən loxotron oynamayın. Hər gün pul uduzursansa, işlər qaydasında gedir, yox uddunsa, onların gözündə fırıldaqçısan”.

“Mostbet”də ilk dəfə 2019-un yanvarında qeydiyyatdan keçdim. Nə vaxta qədər ki, uduzurdum, hər şey qaydasında gedirdi. 15.05.2019-da iki dəfə 500 manat qoydum və 2000 uddum. Dərhal məni bloka saldılar. Əvvəlcə yazdılar ki, onlara pasportun fotosunu göndərməliyəm.

Sonra yazdılar ki, skaypda mənlə danışmaq istəyirlər. Mən onlara skaypın nömrəsini yazsam da, zəng etmədilər. Qaydalardakı hansısa 2,5 bəndinə əsaslanır və mənə yazırlar ki, hesabın bərpa imkanı olmadan bağlanıb. “Mostbet”də qətiyyən oynamayın, əvvəlcə müxtəlif forumlarda yazılanları oxuyun” (Futbol+).

(davamı olacaq)

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!