Ermənilər 10 uşağı öldürüb, 32-sini yaralayıb

26 Oktyabr 11:41 Araşdırma 71
Ermənilər 10 uşağı öldürüb, 32-sini yaralayıb

Baş Prokurorluq Ermənistanın Gəncəyə 3 dəfə raket atması nəticəsində mülki əhaliyə dəyən ziyanla bağlı məlumatı açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 04, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olub, 138 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan təxribatı nəticəsində Azərbaycanda mülki şəxslərdən ümumilikdə 65 nəfər həlak olub, onlardan 18-i qadın, 10-u uşaqdır, 297 nəfər yaralanıb, onlardan 69-u qadın, 32-si uşaqdır.

Digər Xəbərlər
Xəbər Lenti
29 Noyabr 19:00 Kabab iyinə gələnlər
29 Noyabr 15:00 İndi bu da belə… - FOTO