Azərbaycanda oynamış ulduz Afrikanın ən yaxşıları arasında

19 Yanvar 2024 23:20 Araşdırma 582
Azərbaycanda oynamış ulduz Afrikanın ən yaxşıları arasında

“FourFourTwo” nəşri tarixin ən yaxşı afrikalı futbolçularının adlarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, siyahıya hazırda İngiltərənin "Liverpul" klubunda çıxış edən Məhəmməd Salah başçılıq edir.

İkinci sırada liberiyalı sabiq hücumçu Corc Vea qərarlaşıb. "3-lüy"ü kamerunlu keçmiş forvard Samuel Eto'o tamamlayır.

Növbəti mövqelərdə Didye Droqba, Yaya Ture (hər ikisi Fil Dişi Sahili), Sadio Mane (Seneqal), Riyad Mahrez (Əlcəzair), Abedi Pele (Qana), Maykl Essyen (Qana), Cey-Cey Okoça (Nigeriya) yer alıblar.

Maykl Essyen 2019-cu ilin martından 2020-ci ilin iyununa qədər Azərbaycanda “Səbail”in heyətində çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti