Qarabağ və Şərqi Zəngəzurda işləmək istəyənlər var?

29 Dekabr 2023 20:30 Araşdırma 691
Qarabağ və Şərqi Zəngəzurda işləmək istəyənlər var?

Dövlət Məşğulluq Agentliyinin Vakansiya Bankında hazırda işğaldan azad edilmiş ərazilər üzrə 300-dən artıq vakant iş yeri var.

Böyük Qayıdış proqramı çərçivəsində həmin ərazilərdə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərinin davam etdirilməsi, habelə keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı nəticəsində iqtisadi aktivlik yeni vakansiyaların formalaşması və tələb olunan peşələrin sayının artması ilə nəticələnir.

Mövcud vakansiyalar əsasən tikinti, kənd təsərrüfatı və xidmət sahələrini əhatə edir.

Vakansiyalara müraciət etmək istəyən işğaldan azad olunmuş ərazilərdə məskunlaşmış və ya məskunlaşması nəzərdə tutulan keçmiş məcburi köçkünlər ərazi üzə regional məşğulluq filiallarına və ya DOST mərkəzlərinə yaxınlaşa bilərlər.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?