“Şahdağ”ın sabiq prezidenti Bəybala Məmmədov klubun yaradılmasının 70 illiyinə həsr olunmuş kitab qələmə alıb.
Qusarda futbolun ənənələrini bərpa etmiş şəxs kimi tarixə düşmüş, “Şahdağ”ın yaşaması naminə böyük işlər görmüş B.Məmmədov bir çox maraqlı faktlar üzə çıxarıb.
Toplanan materialların kitab halına salmaq üçün 3 il araşdırma aparan müəllif yazır:
«Rayonda stadionun tikintisı başlayan vaxt o ərazi mərkəz deyidi. 60-cı illərdə rayon rəhbərliyi üçün tikilən binadan dağa doğru heç bir yaşayış bınası yox idi.
Odur ki, rayon rəhbərliyinin təşəbbüsü ilə iməcliklər təşkil olundu. İməcliklərdə rayonun idarə və müəssələrin işçiləri, əsasən də bazar günlərində çalışaraq, stadionun tikintisi qısa bir zamanda başa çatdırıldı.
Stadionun ərsəyə gəlməsində məktəblilərin, xüsusilə yuxarı sinif şagirlərinin əməyi böyük olmuşdur. Onlar stadionun ot örtüyünü yaxın otluqlardan ayrı-ayrı ”last” şəkilində gətirib, meydançaya düzürdülər.
Bir neçə il ərzində hasarlar və oturacaqlar tikilmiş oldu. Stadion futbol məşqləri və yarışlarının keçirilməsindən başqa, mədəni kütləvi tədbirlərin təşkilinə imkan yaratmaqla, Qusarın ictimai həyatında mühüm rol oynadı.
1987-ci ildə stadion azərbaycanın futbol tarixində əvəzsiz rolu olan Şövkət Orduxanovun adı verildi. Şövkət Orduxanov Azərbaycan idmanın inkşafında böyük rolu olub.
Azərbaycan futbolunun tarixdə nail olduğu ən böyük nailiyyətlərdən sayılan 1966-cı ildə “Neftçi”nin SSRİ birinciliyidə qazandığı bürünc medallar olub.
Bu nailiyyət, sözsüz ki, əzmkar futbolçuların və müdrük məşqçi, gənc Əhməd Ələskərovun sayəsində qazanılmışdı.
Lakin qazanılan bütün qələbələrin arxasında başda komandanın rəisi, 30 yaşlı Şövkət Orduxanovun rəhbərlik etdiyi çoxsaylı işçi kollektiv dayanmışdı.
Şövkət Orduxanov 1935-ci ilin noyabr ayının 30-da Bakı şəhərində anadan olub.
O, atası, Abdulla kişinin inşaatçı peşəsini seçmək barədə israrlı təkidinin əksinə olaraq, Bədən tərbiyəsi texnikumunda təhsil alıb, idman sahəsində çalışmağa üstünlük verir.
Bu seçiminə görə o vaxtlar Naxçvan Muxtar Respublikasının Nazirlər sovetinin sədr müavini işləyən Abdulla müəllim Şövkəti uzun müddət dindirmir.
Ş.Orduxanov texnikumu bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstituna daxi olub və 1956-cı ildə oranı bitirib.
1954-57-ci illərdə “Fizkulturnik Azərbaycana” qəzetində müxbürlük edib. 1962-ci ildə Bədən Tərbiyəsi İnstitunda prorektor, 1 il sonra İdman Komitəsində şöbə müdiri işləyib. 1966-cı ildə “Neftçi”nin rəisi təyin edilib.
1968-ci ildə “Neftçi”dən ayrılaraq, İdman Komitəsinə sədr müavini kimi qayıdıb. 1978-ci ildə ömrünün axırına kimi “Məhsul” Kənd İdman Cəmiyyətinin sədri vəzifəsində çalışıb.
Böyük işgüzarlığı və çalışqanlığı sayəsində təkrarolunmaz nailiyyətlərə imza atıb. “Neftçi”nin yüksək liqada 3-cü yer tutması və 1982–ci ildə idmançılarlmızın SSRİ spartakiadasında 5-ci yer alması həqiqətən əlçatmaz nailiyyət kimi qiymətləndirilməlidir.
Azərbaycanda atçılıq idman növlərinin yarışların təşkilində, kənd rayonları arasında futbol çempionatlarının keçirilməsində, SSRİ məktəblilər arasında spartakiada da rayon idmançılarının iştirakına nail olmasında Şövkət müəllimin əvəsiz rolu var idi.
“Neftçi” Futbol klubunun 60 illik yubleyində yüksək liqa komanda rəhbərliklərinə veteran futbolçulara və mərhum futbolçuların ailərinə hədiyyələrin verilməsi işi tapşırıldı.
Yubileydə “Neftçi”nin futbolçularının çıxışların hamısında gənc rəis Şövkət müəllimin ağsaqqalığı, xoş rəftarı, qayğıkeşliyi, hər biriylə dil tapıb güclü kollektiv yarada bilməsindən ağızdolusu danışıldı.
Mən Şövkət müəllimin həyat yoldaşı Xədicə xanıma hədiyyə vermək şərəfinə nail oldum. Çıxışımda həmyerlim barədə deyilən xoş sözlərə görə ayrı-ayrılıqda hər birinə minnətdarlığımı bildirdim.
Çox təsüflər olsun ki, belə görkəmli şəxsiyyətin adını daşıyan rayon stadionu indi “tikinti” adı ilə bərbad hala salınıb və aqibəti barədə müxtəlif xoşagəlməyən şayiələr gəzir».
SPORTİNFO.AZ

