İmaməddin Xəlilov gümüş əldə etdi - Avropa çempionatında

14 May 03:50 Taekvondo 556
İmaməddin Xəlilov gümüş əldə etdi - Avropa çempionatında

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

Sportinfo.az xəbər verir ki, təmsilçimiz K44 kateqoriyası üzrə 70 kq çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsinə qalxıb.

O, həlledici qarşılaşmada türkiyəli Yusuf Yünaçtıya məğlub olub. Bu, qitə birinciliyində İ.Xəlilovun ikinci gümüş medalı kimi tarixə düşüb.

Daha əvvəl digər parataekvondoçumuz Sabir Zeynalov (58 kq) yarışda gümüş medala sahib çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Avqust 18:10 Çək və bizə göndər!