Görün, azərbaycanlı hücumçu Messidən nə qədər az maaş alır - FOTO

13 May 23:00 Araşdırma 179
Görün, azərbaycanlı hücumçu Messidən nə qədər az maaş alır - FOTO

Qış transfer pəncərəsində “Qarabağ”dan “Kolambus Kru”ya keçən Azərbaycan yığmasının hücumçusu Nəriman Axundzadənin maaşı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə MLS-in Oyunçular Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, Nəriman Axundzadə vergilərlə birlikdə 633 min 390 dollar (1 milyon 7600 manat), vergilərsiz isə 550 min dollar (935 min manat) maaş alır.

Siyahıya isə Lionel Messi başçılıq edir. O, illik 28 milyon dollar maaş alır.

Axundzadə “Kolambus Kru” ilə 3,5 illik müqavilə imzalayıb.

neriman-axundzade-abs-klubunda-1-milyon-maas-alir

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti